Paleontologiya tarixi canlı orqanizmlərin qalıqları əsasında Yer kürəsində həyatın yaranması şəraitini və onun inkişaf mərhələlərini öyrənir. Paleontologiya elminin əsas vəzifələrindən biri canlı orqanizmlərin inkişaf tarixinin öyrənilməsi ilə bağlı olduğundan onu biologiya elminin bir hissəsi hesab etmək olar, lakin Yer kürəsinin özünün tarixini tədqiq etdiyinə görə paleontologiya, həm də geologiya elmi ilə sıx əlaqədardır.